Qala-Pirallahı avtomobil yolu yenidən qurulur.
"Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AzərTAc-a bildirib ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq yenidən qurulan yolun uzunluğu 21,7 kilometrdir. Yol üzərində 2 qovşağın və yeraltı piyada keçidinin inşası nəzərdə tutulur.
Artıq yolun 7-22 kilometrlik hissəsində torpaq-qazma işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə 14,5 kilometr hissədə asfalt-beton örtüyünün vurulması və işıqlandırma sisteminin quraşdırılması yekunlaşdırılacaq. Yolun bu hissəsində tikinti işlərinin 2014-ci ilin sonu - 2015-ci ilin əvvəllərində bütünlüklə başa çatdırılması gözlənilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...