PDF Oxu

İqtisadiyyat

  • 56

İsmayıllıda kartof yığımı başa çatıb

İsmayıllıda kartof yığımı başa çatıb

İsmayıllı rayonunda cari ilin məhsulu üçün 760 hektarda kartof yetişdirilib.

Artıq rayonun təsərrüfatlarında məhsul yığımı başa çatıb.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a verilən məlumatda bildirilir ki, torpaq mülkiyyətçiləri bu ilki mövsümdə sahələrdən 600 ton kartof götürüblər. Bu, ötən ildəkindən 152 ton çoxdur.

Əksər yerlərdə, o cümlədən Talıstan, Təzəkənd, Topçu, Qurbanəfəndi, Qalacıq, Tircan, Burovdal, Müdrü və bir sıra digər ərazi vahidlərində əkinçilər daha yüksək məhsuldarlığa nail olublar.

Artıq Bakı şəhərinin və ətraf rayonların bazarlarına təzə və keyfiyyətli İsmayıllı kartofu çıxarılıb.

AzərTAc

Digər xəbərlər