PDF Oxu

İqtisadiyyat

  • 40

“AtaSığorta” nın “Xəzər” filialı fəaliyyətə başlayıb

“AtaSığorta” nın “Xəzər” filialı fəaliyyətə başlayıb

"AtaSığorta" ASC sığorta xidmətlərinə tələbatın artması və hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni "Xəzər" filialını istifadəyə verib. "AtaSığorta" ASC-nin "Xəzər" filialı Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 15 ünvanında fəaliyyət göstərməyə başlayıb. Rahat və geniş filial binası tam təmir edilib, müasir texnoloji avadanlıqlarla təmin edilib və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilib. Müasir tələblərə cavab verən "Xəzər" filialı şirkətin həm fiziki, həm də korporativ müştərilərinə etibarlı sığorta xidmətləri göstərəcək.Açılış mərasimində çıxış edən İdarə Heyətinin sədri Müseyib Əliyev mərasim iştirakçılarını salamladı və qeyd etdi: "AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial "AtaSığorta" ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcək. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılan gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək".Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 6 filial və 6 nümayəndəlik daxildir.

sia.az

Digər xəbərlər