"AtaBank" ASC və "VISA İnternational" tərəfindən təşkil olunan lotereyanın qalibi Bəxtiyar Bədəlov Braziliyadakı futbol həyəcanını yaşadı. 10 mart - 30 aprel tarixində təşkil olunan lotereyanın nəticələrinə görə, 2014-cü ildə Braziliyadakı keçirilən futbol üzrə Dünya Çempionatına 2 nəfərlik səyahətin sahibi "AtaBank" ASC-nin müştərisi Bəxtiyar Bədəlov olub.Bəxtiyar Bədəlov VISA kartı ilə 1 manatlıq ödəniş etməklə "Braziliyadakı futbol həyəcanını canlı izlə!" lotereyasının qalibi olub. Xatırladaq ki, qaliblər təsadüfi seçim yolu ilə seçilib.Bəxtiyar Bədəlov "VISA International" şirkəti tərəfindən Nigeriya-Argentina oyununa biletlər daxil olmaqla, Braziliyaya 2 nəfərlik turistik paket və "AtaBank" ASC tərəfindən qiymətli hədiyyələrlə təltif edilib.1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.Qeyd edək ki, bu il "AtaBank" ASC ilə VISA International arasında olan əməkdaşlığın 10 ili tamam olur.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...