Ölkədə tikinti işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 625,9 milyon manat vəsait yönəldilib. Bu, 2013-cü ilin müvafiq dövründəkindən 3,4 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, əsas kapitala cəlb olunmuş vəsaitin 5 milyard 296,4 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub. Əsaslı vəsaitin 67,9 faizi və ya 5 milyard 179,3 milyon manatı istehsal obyektlərinin tikintisinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 5,4 milyard manatını və ya 70,7 faizini daxili investisiyalar təşkil edib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...