Bu ilin iyul ayı ərzində Bakı–Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 544 060 ton Azərbaycan nefti nəql olunub. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% azdır.Bu ilin yanvar-iyul aylarında bu kəmərlə 17 087 200 ton neft ötürülüb ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3,6% azdır.Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il avqust ayının 1-ə qədər BTC-yə 252 228 793 ton neft vurulub. Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə ümumilikdə 418 773 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...