PDF Oxu

İqtisadiyyat

  • 56

Yanvar-iyul aylarında 103 çoxmərtəbəli bina qazlaşdırılıb

Yanvar-iyul aylarında 103 çoxmərtəbəli bina qazlaşdırılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görülən işlər nəticəsində təbii qazla təmin olunan çoxmərtəbəli binaların sayı artıb. Yanvar-iyul aylarında hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılaraq, 103 çoxmərtəbəli binaya təbii qaz verilməsi təmin olunub. Bu binalarda ümumilikdə 10 min 300-dək ailə yaşayır.

AzərTAc

Digər xəbərlər