PDF Oxu

İqtisadiyyat

  • 64

Çörək kombinatı 30 min nəfərin tələbatını ödəyəcək

Çörək kombinatı 30 min nəfərin tələbatını ödəyəcək

Pirallahı qəsəbəsində "Çörək və un məmulatları kombinatı"nın inşası davam edir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, müasir üslubda tikilən müəssisə 30 min nəfərin çörəklə təminatı üçün nəzərdə tutulub.

Kombinat yeni və beynəlxalq standartlara cavab verən avadanlıqla təchiz olunacaq, çörəkbişirmə prosesi tam avtomatlaşdırılacaq. Burada çörəklə yanaşı müxtəlif növ şirniyyatlar da istehsal olunacaq.

AzərTAc

Digər xəbərlər