"Günəşli" yatağındakı 3 nömrəli dərin dəniz özülündə əsaslı təmir işləri aparılır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, özülün uzunömürlüyünü təmin etmək məqsədi daşıyan təmir işləri istismar prosesini məhdudlaşdırmadan həyata keçirilir. Bu günədək dəniz səthindən 4-9 metr hündürlükdə 266 ədəd müxtəlif diametrli suüstü rabitə konstruksiyaları yeniləri ilə əvəz olunub, 3676 kvadratmetrlik döşəmə, eləcə də 337 ədəd döşəməaltı tir və 361 kvadratmetrlik ştuser meydançası təmir edilib.
Bundan əlavə, özüldə daha 78 ədəd suüstü rabitə konstruksiyasının, gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulur. Özülün cari ilin sonunadək tam istismara verilməsi planlaşdırılır. Təmir işləri 28 May adına neft və qazçıxarma idarəsinin sifarişi ilə "Neftqaztikinti" trestinin 2 nömrəli tikinti-quraşdırma idarəsi tərəfindən həyata keçirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...