PDF Oxu

İqtisadiyyat

  • 50

“SOCAR Yay Məktəbi-2014”ün qalibləri İsveçrə, Türkiyə və Gürcüstanda təcrübə keçəcəklər

“SOCAR Yay Məktəbi-2014”ün qalibləri İsveçrə, Türkiyə və Gürcüstanda təcrübə keçəcəklər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) kadr hazırlığı siyasətinin tərkib hissələrindən olan "SOCAR Yay Məktəbi" layihəsi daim təkmilləşdirilir. Şirkətin prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə qalib komanda ötən il Türkiyənin İzmir vilayətində yerləşən "Petkim" neft-kimya şirkətinin fabriklərində təcrübə keçib.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, "SOCAR Yay Məktəbi-2014" layihəsi çərçivəsində keçirilən qruplararası yarışların qalibləri üçün daha dolğun təcrübə proqramı hazırlanıb. İlk üç yeri tutan komandalar müvafiq olaraq ARDNŞ-in İsveçrə, Türkiyə və Gürcüstanda fəaliyyət göstərən müəssisələrinə göndəriləcək. İstehsalat təcrübəsi ümumilikdə 22 iştirakçını əhatə edəcək. Onlar ARDNŞ-in həmin ölkələrdəki nümayəndəliklərinin fəaliyyəti, həyata keçirdiyi layihələr, aktivlərin idarə edilməsi təcrübəsi ilə tanış olmaq, ətraflı bilgi toplamaq, habelə tarixi yerlərə səyahətlər etmək imkanı qazanacaqlar.

AzərTAc

Digər xəbərlər