Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində əsaslı təmir işləri başa çatmaq üzrədir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Mərkəzdə aparılan təmir çərçivəsində binanın dam örtüyü əsaslı təmir edilib. Binanın divarlarında təbii aşınmaya məruz qalan mərmər təbəqəsinin sökülərək müasir tipli üzlük materiallarla əvəz olunması işləri yekunlaşmaq üzrədir.
Təmir bərpa işlərinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...