Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1486,9 milyon manatlıq neft məhsulları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz azdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu ilin ötən yeddi ayı ərzində ölkədə 683,9 min ton avtomobil benzini, 101,5 min ton neft-kimya sənayesində istifadə olunan benzin, 387,3 min ton ağ neft, 1333,5 min ton dizel yanacağı, 26,9 min ton sürtkü yağları və 149,6 min ton isə neft bitumu istehsal olunub.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...