PDF Oxu

İqtisadiyyat

  • 51

Azərbaycan neft sənayesinin növbəti uğuru

Azərbaycan neft sənayesinin növbəti uğuru

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında 12 min 500 tonluq 7 nömrəli dəniz stasionar platforması "Günəşli" yatağının 147 metr dərinliyində təyinat nöqtəsinə quraşdırılıb. İnstitutdan bildiriblər ki, bu, ARDNŞ-in tarixində növbəti uğurlu layihədir. Belə ki, nüfuzlu neft şirkətləri bu sahədə ixtisaslaşmış bir neçə şirkətin köməyindən istifadə etdiyi halda, Dövlət Neft Şirkəti layihənin bütün əməliyyatlarını təkbaşına, kənardan heç bir kömək almadan, öz gücü hesabına həyata keçirib.

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun baş mühəndisi, institut direktorunun birinci müavini Fazil Həsənov deyib ki, dünyanın böyük neft şirkətləri bu işin nəticəsini maraqla izləyirdilər. Onlar Azərbaycanda belə bir nəhəng işin reallaşacağını güman etmirdilər. Özülün "Günəşli" yatağında 147 metr dərinlikdə təyinat nöqtəsinə quraşdırılması ilə neftçilərimiz dünyaya, xüsusən də nüfuzlu neft şirkətlərinə öz peşəkarlıqlarını və Azərbaycan neft sənayesindəki tərəqqini bir daha nümayiş etdirdilər.

sia.az

Digər xəbərlər