Tovuz rayonunda əkinlərin suvarma suyu ilə normal təmin olunması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bu il Tovuzçay su anbarının tikintisi başa çatdırılacaq və bununla da 18 min hektar ərazinin su təminatı yaxşılaşdırılcaqdır. Dövlət Proqramında bu rayon üçün nəzərdə tutulan 14 yeni subartezian quyusundan 6-sı artıq istismara verilib.
Bundan əlavə, rayon ərazisində "Şimal-Qərb İnkişaf Layihəsi" çərçivəsində suvarma kanallarında və arxlarda betonlama və lildən təmizləmə işləri aparılıb.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...