Cari ilin son üç ayında "Zərdab" Elektrik Şəbəkəsi Müəssisəsində yenidənqurma və təmir-tikinti işləri aparılıb.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, şəbəkəyə yeni qoşulan abonentlər üçün 70 ədəd birfazlı sayğac quraşdırılıb və transformator mən¬təqələri təftiş edilib.
Bıçaqçı kəndində abonentlərə xidmət göstərən 250 kilovat-amper gücündə transformator yenisi ilə əvəz olunub.
Körpükənd, Gəlmə, Seyidlər və Xanməmməd kəndlərində ümumilikdə 5 transformator təmir edilib.
Müəssisənin kollektivi payız-qış mövsümünə ciddi hazırlaşır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...