M-3 avtomagistralının Hacıqabul-Bəhramtəpə hissəsinin 9-cu kilometrində Kür çayı üzərində yeni körpünün tikintisi başa çatıb.
Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, son illər ağır yüklü maşınların intensiv hərəkəti ilə əlaqədar köhnə körpünün aşırım tavalarının tez-tez çökməsi problemlər yaradır, nəqliyyatın hərəkətinin dayandırılmasına səbəb olurdu. Odur ki, ölkə rəhbərliyinin regionların inkişafı, yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq burada daha böyük yük götürmə qabiliyyətinə malik körpü tikilməsinə qərar verildi.
Yeni körpünün uzunluğu 317,7 metr, qabariti Q-11,5, eni 14,85 metrdir. Monolit dəmir-beton orta aşırım tirlərinin uzunluğu 140 metr, kənar tirlərin uzunluğu isə 82 metr təşkil edir.
"Azəryolservis "ASC–nin sifarişi ilə tikilən körpü yerli mühəndislərimizin daha bir uğurlu yol qurğusu hesab olunur. Yeni
körpünün istifadəyə verilməsi ilə nəqliyyatın Hacıqabul-Bəhramtəpə və əks istiqamətdə fasiləsiz, rahat gediş-gəlişi təmin ediləcək.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...