PDF Oxu

İqtisadiyyat

  • 63

Samux rayonunun elektrik şəbəkəsində payız-qış mövsümə hazırlıq işləri aparılır

Samux rayonunun elektrik şəbəkəsində payız-qış mövsümə hazırlıq işləri aparılır

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a veriləm məlumata görə, iyul ayında "Samux" Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 11,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 505 min kilovat-saata yaxın artıb. Ödənişdə də artım qeydə alınıb.

Yanvar-iyul aylarında isə elektrik şəbəkəsi üzrə istehlak 66,8 milyon kilovat-saata yaxın olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4,7 milyon kilovat-saat çoxdur.

Rayonun elektrik təchizatı sistemində payız-qış mövsümünə hazırlıq işləri davam edir. Elektrik şəbəkəsi üzrə xətt və yarımstansiyalarda zəruri profilaktik tədbirlər həyata keçirilir.

AzərTAc

Digər xəbərlər