Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) göstərdiyi xidmətlərin keyfiyyətinin artırılması, sahələrin abadlaşdırılması, eləcə də iş şəraitinin yaxşılaşdırılması məqsədilə müəssisənin xidmət sahələrində mütəmadi təmir və abadlıq işləri aparılır.
QSC-dən AzərTAc-a bildiriblər ki, ötən dövrdə müəssisənin inzibati təsərrüfat şöbəsinin kollektivi baş ofis binasında, "Azərneftyağ" neft emalı zavodunun, "BibiHeybətneft" neft və qazçıxarma idarəsinin mədən ərazisində, həmçinin digər xidmət sahələrində yerləşən obyektlərdə təmir-tikinti, abadlıq və yaşıllaşdırma işləri görüb.
Hazırda QSC-də xidmətin keyfiyyətinin yaxşılaşdırılması və sahələrin abadlaşdırılması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...