PDF Oxu

İqtisadiyyat

  • 65

Nəqliyyat sektorunda qeyri-neft yüklərinin daşınması 3,6 faiz artıb

Nəqliyyat sektorunda qeyri-neft yüklərinin daşınması 3,6 faiz artıb

Yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,9 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox yük daşınıb. Qeyri-neft yüklərinin həcmi isə 3,6 faiz artaraq, 87,6 milyon tona çatıb.

Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,2 faizi avtomobil nəqliyyatı, 29,4 faizi boru kəməri, 9,84 faizi dəmir yolu, 4,6 faizi dəniz nəqliyyatı ilə həyata keçirilib.

AzərTAc

Digər xəbərlər