Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyadakı yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyi planlaşdırır. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, şirkətin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bu ölkənin "energynomics.ro" jurnalına müsahibə verib. O, şirkətin Rumıniyada fəaliyyətinin müxtəlif aspektlərinə toxunaraq, bildirib ki, ARDNŞ Rumıniyada öz işini bu ölkənin "Nəqliyyat infrastrukturunun inkişafı" Dövlət Proqramına əsaslanaraq qurur. Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr ARDNŞ-in Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır. Hazırda şirkətin Rumıniyanın 11 dairəsi üzrə 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Yanacaqdoldurma məntəqələri şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir. Müştərilər "SOCAR" brendi ilə fəaliyyət göstərən məntəqələrin təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirlər. Burada onların Azərbaycan mədəniyyəti, mətbəx ənənələri, turizmi ilə tanış olmaları üçün də geniş imkanlar yaradılıb. SOCAR-ın Rumıniya nümayəndəliyi iqtisadi və mədəni tədbirlərdə fəal iştirakı ilə Azərbaycan və Rumıniya arasında dostluq münasibətlərinin inkişafına töhfə verməkdə davam edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...