PDF Oxu

İqtisadiyyat

  • 50

“Gənc Maliyyəçilər üçün Yay Məktəbi” layihəsi yekunlaşıb

“Gənc Maliyyəçilər üçün Yay Məktəbi” layihəsi yekunlaşıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc Maliyyəçilər üçün Yay Məktəbi" layihəsi yekunlaşıb. SİA-nın məlumatına görə, son təlim günündə layihənin koordinatoru Cəmilə Abdullayeva gənclərə layihənin proqramı haqqında məlumat verib.Daha sonra proqram üzrə ekspertlər Modaha.az şirkətinin direktoru Elvin Qəhrəmanov, Beynəlxalq araşdırmaçı, təlimçi Rəvan Əyyubov və təlimçi Fərid Məhərrəmli gənclərə müasir maliyyə bazarları, maliyyə menecmenti, marketinq və biznes quruculuğu haqda qeyri-formal təhsil metodlarından istifadə edərək geniş məlumat verib.Sonda layihədə iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

sia.az

Digər xəbərlər