PDF Oxu

İqtisadiyyat

  • 59

Qahirədə Azərbaycan ilə Misir arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Qahirədə Azərbaycan ilə Misir arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirmək üçün bu ölkəyə səfər edib.

AzərTAc xəbər verir ki, avqustun 29-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev Misirin turizm naziri Hişəm Zazu ilə görüşüb.

Görüşdə hər iki ölkə arasInda turizm sahəsindəki mövcud vəziyyət müzakirə edilib, bu sahənin inkişafı istiqamətində həyata keçirilməsi zəruri olan məsələlərə toxunulub və qarşılıqlı səfərlərin vacibliyindən söz açılıb.

Görüşdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, bir sıra nüfuzlu turizm şirkətlərinin təmsilçiləri də iştirak edib.

AzərTAc

Digər xəbərlər