"Uzunluğu 13 km olan Çuxuryurd-Piribəyli avtomobil yolunda işlərin böyük hissəsi yerinə yetirilib". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürssəliyev məlumat verib.Onun sözlərinə görə, 4-cü texniki dərəcəli yol boyu zəruri olan hissələrdə beton drenaj kanalı tikilib, su ötürücü borular yenisi ilə əvəz olunub: "Demək olar ki, asfalt-beton örtüyünün döşənməsi başa çatmaq üzrədir. Sentyabr-oktyabr ayları ərzində işlərin tamamilə yekunlaşması gözlənilir".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...