Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. SİA-nın xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun (DİF) dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.Azərbaycan üçün rəqabət qabiliyyətlilik reytinqi indeksi 4,53 təşkil edir. Bundan əvvəlki, 2013-2014-cü illərin reytinqində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə idi. İndeksaltı reytinqə görə, ölkə makroiqtisadi mühit üzrə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü mövqedə qərarlaşıb. Dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.Rusiya DİF-in rəqabət qabiliyyətlilik reytinqində 53-cü yerə qalxıb. Əvvəlki iki ildə olduğu kimi Estoniya postsovet məkanında lider olaraq qalır və 29-cu yeri tutur. Reytinqin birinci yarısında Azərbaycanla yanaşı Litva (41), Latviya (42), Qazaxıstan (50-ci mövqe) qərarlaşıb.DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, geniş Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlər tərəfindən keçirdiyi illik tədqiqatın nəticələrinə əsaslanır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...