PDF Oxu

İqtisadiyyat

  • 104

Naxçıvan Şəhər Elektrik Şəbəkəsi kompleks tədbirlər həyata keçirib

Naxçıvan Şəhər Elektrik Şəbəkəsi kompleks tədbirlər həyata keçirib

Naxçıvan Şəhər Elektrik Şəbəkəsi 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirib.

Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən AzərTAc-a verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub, dirəklərarası məsafələr normaya salınıb, kabellər, eləcə də məftillər yeniləri ilə əvəz edilib, 10/0,4 kilovoltluq elektrik xətləri çəkilib bərkidilib.

Elektrik enerjisi verilişinin tənzimlənməsi və texniki itkinin minimuma endirilməsi məqsədilə Naxçıvan şəhərində müxtəlif gücə malik 2 ədəd yeni transformator yarım¬stansiyası quraşdırılıb, 3 ədəd transformator isə azgüclü transformatorla əvəz edilib.

Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz edilməsi istiqamətində işlər davam etdirilərək 11 min 334 metr uzunluğunda 10 kilovoltluq, 2 min metr uzunluğunda isə 0,4 kilovoltluq hava xətləri yeraltı kabellərlə əvəz edilib, istismar müddəti başa çatmış 94 ədəd elektrik dirəyi ləğv olunub.

Elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi işi də diqqət mərkəzində saxlanılıb, 171 abonentə yeni elektrik xətti çəkilib, elektrik sayğacları quraşdırılıb, texniki cəhətdən sıradan çıxmış 274 sayğac yenisi ilə əvəzlənib.

AzərTAc

Digər xəbərlər