PDF Oxu

İqtisadiyyat

  • 73

Küveyt mətbuatında “Khazar Islands” meqa layihəsi ilə bağlı yazılar dərc edilib

Küveyt mətbuatında “Khazar Islands” meqa layihəsi ilə bağlı yazılar dərc edilib

"Avesta" konserninin meqa layihəsi olan "Khazar Islands"a maraq son günlər xüsusilə diqqəti cəlb edir. Beynəlxalq mətbuat nümayəndələri Azərbaycana gələrək həm layihə ilə yaxından tanış olur, həm də şirkətin fəaliyyəti ilə bağlı geniş reportajlar hazırlayırlar.

Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, cari ilin avqust ayında Yaponiya və Türkiyə KİV-indən əlavə Küveytin

tanınmış mətbu orqanları da bu analoqu olmayan layihədən yazılar dərc ediblər.

Məqalələrdə "Avesta" konserninin prezidenti İbrahim Nehrəmlinin fikirlərini şərh edən KİV nümayəndələri layihənin dünya miqyasında tanınmasından, onun Azərbaycan iqtisadiyyatına verəcəyi töhfədən və perspektivlərindən söz açıblar.

Mətbuat nümayəndələri, həmçinin gələcəkdə Küveyt və Azərbaycan arasında investisiya əlaqələrinin genişləndirilməsinin hər iki ölkə üçün çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Xatırladaq ki, bu yazılar Küveytin "Alwatan" və "Alanba" nəşrlərində dərc olunub.

AzərTAc

Digər xəbərlər