PDF Oxu

İqtisadiyyat

  • 136

Azərbaycan Seneqalla əməkdaşlıq edəcək

Azərbaycan Seneqalla əməkdaşlıq edəcək

Bu gün Dövlət Gömrük Komitəsində qurumun sədri Aydın Əliyev Seneqal Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin baş direktor müavini Noiaye Alionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə qonaqları salamlayan Aydın Əliyev bildirib ki, Seneqalla Azərbaycanın münasibətləri diplomatik xətlə inkişaf edir.Onun sözlərinə görə, bugünkü görüş haqda razılıq 2013-cü ildə Brüsseldə keçirilən tədbir çərçivəsində əldə olunub: "Dost ölkə olaraq sizi maraqlandıran bütün sahələrdə əməkdaşlığımızə təklif edirik". Elektron hökumətdən söz açan komitə sədri qeyd edib ki, Azərbaycan Gömrük Komitəsi bu məsələdə ən qabaqcıl qurumlardan biridir. O, həmçinin ölkədə yaradılan Kinoloji xidmət haqda qonaqları məlumatlandırıb.A. Əliyev deyib ki, bu mərkəzdə təlim keçən itlər bir çox dövlətlərin Gömrük Xidmətlərinə hədiyyə olunur və uğurla fəaliyyət göstərirlər. Sədr onu da əlavə edib ki, Seneqalla Azərbaycan arasında bu günə qədər heç bir rəsmi sənəd mövcud deyil: "Kadrların hazırlanması sahəsində iki ölkə arasında sənəd imzalanmasına başlaya bilərik və bu sahədə gələcək əməkdaşlığımızın bünövrəsi bu görüşdə qoyula bilər".Daha sonra çıxış edən Seneqalın İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin baş direktor müavini Noiaye Aliou isə öz növbəsində Aydın Əliyevin bu təklifini nəzərdən keçirəcəklərini bildirib: "Ümid edirəm ki, bu sahədə əməkdaşlığımız uğurlu alınacaq".Qeyd edək ki, görüşün sonunda qonaqlara Gömrük Komitəsinin adından hədiyyələr təqdim olunub.

sia.az

Digər xəbərlər