Qazaxıstanda inşaat sahəsində fəaliyyət göstərən "Qazaxıstan və Mərkəzi Asiya Tikinti Şirkətləri Birliyi" Azərbaycanın tikinti şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.
AzərTAc bu ölkənin KİV-inə istinadən xəbər verir ki, birliyin əsas məqsədi tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin maraqlarının qorunması, Qazaxıstanda bu sahəyə investisiyaların cəlb edilməsi üçün sahibkarlar ittifaqı, birliklər və iri şirkətlərlə əməkdaşlığın təşviq edilməsidir. Belə birliklərlə əməkdaşlıq Azərbaycanın tikinti şirkətləri tərəfindən Qazaxıstan bazarına dair məlumatın əldə olunması və onların bu bazara çıxışının təmin edilməsində faydalı ola bilər.
Əlavə məlumatı birliyin saytından (www.ssrkca.kz) əldə etmək olar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...