PDF Oxu

İqtisadiyyat

  • 83

RYTN-in elektron xidmətlərindən 90 min dəfədən çox istifadə olunub

RYTN-in elektron xidmətlərindən 90 min dəfədən çox istifadə olunub

Keçən ay Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Elektron hökumət" portalı vasitəsilə göstərilən elektron xidmətlərindən istifadə sayı 90404 ədəd təşkil edib. SİA-nın xəbərinə görə, bu müddətdə RYTN-in e-xidmətləri arasında ən çox - 65161 dəfə "Telefon nömrəsi üzrə axtarış" xidmətindən istifadə olunub.Bununla yanaşı, vətəndaşların rabitə və yüksək texnologiyalar sahəsi üzrə ən çox yararlandığı xidmətlər sırasında "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" (13249), "E-İmza - Operator üçün menyu" (3869), "Mobil cihazların qeydiyyatdan keçirilməsi" (1218) və "Mobil cihazların IMEI kodunun yoxlanılması" (760) e-xidmətləri yer alıb.

sia.az

Digər xəbərlər