Caspian European Club (CEIBC) və Caspian Energy İnternational Media Group sentyabrın sonunda Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkili ilə bağlı CEİBC-nin təşəbbüsünü dəstəklədiyinə görə beş Xəzəryanı dövlətin - Rusiya Federasiyasının, Azərbaycan və Qazaxıstan respublikalarının, Türkmənistanın və İran İslam Respublikasının prezidentlərinə dərin minnətdarlığını bildirir.
Bu barədə AzərTAc-a Caspian Energy International Media Groupdan məlumat veriblər.
CEIBC-in baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, "beş Xəzəryanı dövlətin Sammiti çərçivəsində keçiriləcək biznes-forum beştərəfli iqtisadi əlaqələrin inkişafına, həmçinin Xəzər regionu ölkələrinin – Caspian European Club üzvləri sahibkarlarının biznes təşəbbüslərinin daimi dəstək platformasının yaranmasına xidmət edəcək".
Məlumatda, həmçinin bildirilir ki, Caspian European Club və Caspian Energy İnternational Media Group 2014-cü ilin payızında Astraxanda keçiriləcək Xəzər Sammiti çərçivəsində ilk biznes-forumun təşkilinə dair təşəbbüsü dəstəkləmək təklifi ilə beş Xəzəryanı dövlətin rəhbərinə Klubun 500-dən artıq üzv şirkəti adından müraciət qəbul etmişdi.
Dünyanın 50-dən artıq ölkəsində qeydiyyatdan keçmiş Caspian Energy brendinin bu il 15 yaşı tamam olur. Bu münasibətlə Caspian Energy jurnalının yubiley nömrəsinin nəşri planlaşdırılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...