PDF Oxu

İqtisadiyyat

  • 80

Vüqar Bayramov: “İnsanlara öz fəaliyyətinə görə qiymət verilməlidir”

Vüqar Bayramov: “İnsanlara öz fəaliyyətinə görə qiymət verilməlidir”

Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov Müsavat Partiyası başqanlığına namizədliyini irəli sürən qardaşı Qubad İbadoğlu ilə fərqli cəbhələrdə yer alması barədə səslənən fikirlərə münasibət bildirib.

Vüqar Bayramov SİA-ya açıqlamasında deyib ki, hər bir şəxsin fəaliyyətinin fərdi olaraq qiymətləndirilməsinin tərəfdarıdır: "Nə mənə Qubad İbadoğlunun qardaşı kimi, nə də ona Vüqar Bayramovun qardaşı kimi yanaşılması doğru deyil. Hər birimizə fərdi yanaşılıb və fəaliyyətimizə uyğun qiymətin verilməsinə ehtiyac var. Mən ABŞ-ın Vaşinqton Universitetinin məzunu olaraq Avropa Birliyinin Şərq Tərəfdaşlıq proqramına həmsədr seçilən ilk və yeganə azərbaycanlıyam. Mən Avropa Birliyində ilk komissiya sədri olmuş azərbaycanlı kimi fərqlənmişəm. Başqa tərəfdən, dünyanın 500 nüfuzlu müsəlmanı siyahısına daxil edilən ilk azərbaycanlı iqtisadçıyam. Əsərlərimin 25 xarici dilə tərcmüə olunmasını əlavə etməklə bu siyahını daha genişləndirmək olar. Bütün bunlar göstərir ki, hər bir şəxsin fərdi olaraq fəaliyyətinə qiymət verilməlidir. Bəzən radikal düşərgədə olanlar mənim pozitiv notlar olan təhlilimi paylaşıb Musavat Partiyası başqanlığına namizəd qardaşının mövqeyi kimi təqdim etməyə çalışırlar. Amma bilərəkdən unudurlar ki, partiya sədrliyinə namizəd Qubad İbadoğludur, Vüqar Bayramov deyil".

İqtisadçı alim bildirib ki, bir qardaşın müxalifət olub, digərinin müstəqil fəaliyyət göstərməsi tamamilə normaldır: "Ümumiyyətlə, cəmiyyətdəki mövqe hər bir fərdin fəaliyyətinə uyğun olaraq müəyyənləşir. Bir neçə il öncə Polşada bir qardaş president idi, digəri isə müxalifətin əsas füqurlarından biri idi. Və kimsə onları bir-birlərinin qardaşları kimi təqdim etmirdilər. Mən iqtisadçıyam və siyasətlə məşğul olmuram və gələcəkdə də siyasi arenada olmaq niyyətim yoxdur. Düşünurəm ki, iqtisadçı kimi fəaliyyətimi davam etdirərək cəmiyyətə daha çox xeyir verə bilərəm. Mənim sədrlik etdiyim mərkəz beynəlxalq qiymətləndirməyə görə, Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi olaraq Harvard Universitetinin rəsmi katoluquna daxil edlən yeganə Azərbaycan təşkilatdır. Bu əslində ölkəmiz üçün qururverici bir faktdır. Mən digər başqa iqtisadçı həmkarlarımız ilə birlikdə məhz regionun ən nüfuzlu təşkilatını formalaşdırmağa nail ola bilmişik. Beyin mərkəzi çərçivəsində müstəqil iqtisadi fəaliyyət ölkənin inkişafına daha çox töhvə vermək şərait yaradır".

Vüqar Bayramov bildirib ki, o iqtisadçıların siyasətlə məşğul olmasının tərəfdarı deyil: "Düşünürəm ki, iqtisadçı müstəqil fəaliyyətlə cəmiyyətə daha çox töhvə verə bilər. Amma bu da fərdi yanaşmadır. Qubad bəy siyasətdə olmaq istəyir və bu onun seçimidir. Mən isə iqtisadçının siyasətlə məşğul olmamasını daha məqsəduyğun hesab edirəm. Bu isə mənim seçimimdir".

İqtisadçı alim beynəlxalq təşkilatlardakı fəaliyyətinə toxunaraq deyib ki, xaricdə Azərbaycanın milli maraqlarının qorunması mənim üçün əsas meyardır. Bunun kimlərinsə xoşuna gəlməməsi mənim mövqeyimi dəyişməyəcək. Önəmli olan milli maraqların şəxsi maraqlardan üstün tutulmasıdır".

sia.az

Digər xəbərlər