PDF Oxu

İqtisadiyyat

  • 25

Pirallahı rayonunun elektrik enerjisi təchizatı yaxşılaşdırılır

Pirallahı rayonunun elektrik enerjisi təchizatı yaxşılaşdırılır

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahı rayonunda elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bu məqsədlə Pirallahı qəsəbəsində "Bakıelektrikşəbəkə" ASC-nin müvafiq qurumu üçün 0,52 hektar torpaq sahəsi ayrılıb. Mart ayından həmin ərazidə inzibati binanın tikintisi aparılır.

Qəsəbənin işıqlandırma sisteminin yaxşılaşdırılması üçün 4 min metr uzunluğunda kabel xətti çəkilib. Yaxın vaxtlarda isə 630 kVt gücündə yeni transformator şəbəkəyə qoşulacaq.

AzərTAc

Digər xəbərlər