PDF Oxu

İqtisadiyyat

  • 33

Yeddi ayda dövlət büdcəsinin gəliri 11 milyard manatdan çox olub

Yeddi ayda dövlət büdcəsinin gəliri 11 milyard manatdan çox olub

Bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 11087,2 milyon manat, xərcləri 10313,2 milyon manat təşkil edib. Büdcənin profisiti 774 milyon manat və ya ümumi daxili məhsulun 2,3 faizi səviyyəsində olub.

Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, büdcə gəlirlərinin 14,2 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 16 faizi əlavə dəyər vergisindən, 5 faizi fiziki şəxslərin gəlir vergisindən, 4,2 faizi aksiz vergisindən, 3,9 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən, 2,6 faizi digər vergilərdən daxil olub, 54,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

AzərTAc

Digər xəbərlər