PDF Oxu

İqtisadiyyat

  • 61

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Malayziyada beynəlxalq təlimdə iştirak edib

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Malayziyada beynəlxalq təlimdə iştirak edib

Malayziyanın Kuala-Lumpur şəhərində UNESCO-nun dəstəyi, Beynəlxalq Elm, Texnologiya və İnnovasiya Mərkəzinin (ISTIC) təşkilatçılığı ilə "İnkişaf etməkdə olan ölkələr üçün elm, texnologiya və innovasiya üzrə siyasət və idarəetmə" mövzusunda təlim keçirilib.

İyirmi üç ölkədən 30 nümayəndənin qatıldığı təlimdə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Aynurə İsmayılova da iştirak edib.

İnstitutdan AzərTAc-a bildiriblər ki, təlimdə milli innovasiya sistemləri, elm, texnologiya və innovasiyanın inkişafının komponentləri və s. mövzularda məruzələr dinlənilib, ölkələrin təqdimatları keçirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində iştirakçılar texnoparklarla tanış olublar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

AzərTAc

Digər xəbərlər