Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində deyib ki, Bakının Pirallahı və Qaradağ rayonlarında, həmçinin Sumqayıt və Samuxda yeni günəş elektrik stansiyalarının tikintisinin başa çatıb.
AzərTAc xəbər verir ki, Dövlət Agentliyinin sədri hazırda stansiyaların şəbəkəyə qoşulması proseslərinin getdiyini bildirib. "Bundan əlavə, yeddi rayonda günəş elektrik stansiyalarının tikilməsi üçün layihələr hazırlanıb. Bu stansiyaların təməlinin gələn ilin əvvəllərində qoyulması nəzərdə tutulur" – deyə A.Bədəlov qeyd edib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...