PDF Oxu

İqtisadiyyat

  • 44

Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində sentyabrın 25-də Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq üzrə konfrans keçirilib.

Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Müctəba Haşimi ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən, o cümlədən rabitə və İKT sektorunda əməkdaşlığın yeni inkişaf mərhələsindən söz açıb, ikitərəfli münasibətlərin uğurla davam etməsinə qarşılıqlı marağın olduğunu vurğulayıblar.

Azərbaycanın və İranın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərin nümayəndələrinin təmsil olunduğu tədbirdə İKT-nin tətbiqi ilə bağlı təqdimatlar olub.

AzərTAc

Digər xəbərlər