IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bu gün AzərTac-ın təşkilatçılığı ilə "Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masa üç paneldən ibarətdir. "Mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun həyata keçirilməsi şəraitində XXl əsr jurnalistikasının problemləri" adlanan birinci paneldə müxtəlif KiV platformalarında dialoqun aktual aspektləri müzakirə edilib.Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) Baş katibi, Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçirilən paneli AzərTac-ın Baş direktoru Aslan Aslanov açıb. "Forum bizim fəaliyyət istiqamətimizin müəyyənləşdirilməsində, fikir mübadiləsi aparılmasında və digər məsələlərdə müstəsna əhəmiyyətə malikdir. İnternet jurnalistikası ənənəvi medianı xeyli sıxışdırıb. Bu dəyirmi masada jurnalistikanın yeni meyillərini müəyyənləşdirəcəyik".Daha sonra Rusiyanın İTAR-TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluq etdiyi panellər haqında ətraflı məlumat verib: "Biz inanırıq ki, burada çox əhəmiyyətli məsələlər müzakirə ediləcək və fikir mübadiləsi aparılacaq. Günün sonunda Bakı Bəyannaməsi qəbul olunacaq".Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin Baş icraçı direktoru Piter Kropş qeyd edib ki, hər bir ölkənin mediası yaydığı xəbərlərin yayılmasına görə məsuliyyət daşıyır: "Hər yenilik xəbər agentliyinin etibarlığında mühüm rol oynayır. Biz artıq 2014-cü ildəyik və dünya rəqəmsallaşmaya keçid edib. Artıq biz xəbərləri smart mobil telefonlar vasitəsilə istənilən yerə göndərə bilərik. Bu gün cəmiyyətin xəbər əldə edib onu istədiyi yerə göndərmək üçün geniş imkanlara malikdir. Sosial mediada xəbərləri yerləşdirmək çox asanddır. Bəzən biz gözlər üçün zülmkar görünə biləcək xəbərləri də oxuyuruq".Daha sonra Malayziyanın BERNAMA agentliyinin Baş direktoru Yonq So Heonq, İtaliyanın AGI agentliyinin Baş icraçı direktoru Cianni Di Ciovanni, Türkiyə Jurnalistlər Federasiyasının prezidenti Atila Sertel, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova, "Rusiya 24" televiziya kanalının Baş redaktoru Evgeniy Bekasov, Los-Anceles Beynəlxalq Münasibətlər Şurasının prezidenti və icraçı direktoru, EMMY mükafatı laureatı, "Time" jurnalının Los-Anceles bürosunun sabiq rəhbəri Terri Makkarti, Bakı Slavyan Universitetinin yeni media və kommunikasiya texnologiyaları kafedrasının baş müəllimi Lamiyə Vəzirova çıxış edib.Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumu bu gün öz işinə yekun vuracaq. Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri və alimlərindən ibarət nümayəndə heyəti iştirak edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...