"Dünya bazarında neftin qiyməti azaldığından Azərbaycan büdcəsində də neftin qiymətinə yenidən baxılması, qiymətlərin dünya bazarındakı mövcud tendensiyaya uyğun olan olaraq müəyyənləşdirilməsi vacib sayılır. Prezident İlham Əliyev də dövlət büdcəsində neftin qiymətini müəyyənləşdirən zaman dünya bazarındakı dəyişikliklərin nəzərə alınması ilə bağlı öz tapşırıqlarını verib".O bildirib ki, dünya bazarında neftin ucuzlaşması və Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin dünya bazarındakı mövcud qiymətlərə uyğunlaşdırılması büdcənin gəlirlərinin formalaşması baxımından heç bir risk yaratmır: "Azərbaycanın dövlət büdcəsinin gəlirləri kifayət qədər çoxdur. Büdcəmiz artıq 25 milyard dollardır təşkil edir. 2014-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən infrastruktur və investisiya istiqamətində kifayət qədər böyük vəsait ayrılıb. Büdcədə neftin 1 barelinin planlaşdırıldığından az göstərilməsi 2015-ci ildə sosial layihələrin həyata keçirilməsində heç bir çətinlik yaratmayacaq. Həmçinin, qiymətlərin aşağı salınması dövlət büdcəsində qeyri-neft sektorunun da payının artmasına imkan yaradacaq".İqtisadçı qeyd edib ki, 2015-ci ildə dövlət büdcəsinin formalaşmasında qeyri-neft sektorunun payı artacaq: "Dövlət büdcəsində qeyri-neft sektorunun payı 25%-dən 35%-ə yüksələcək. Buna uyğun olaraq da neft sektorunun payı 65%-ə düşəcək. Ümumi daxili məhsulda da qeyri-neft sektorunun payı artaraq 56%-dən 62%-ə qədər yüksələcək. Bu da ölkə daxili məhsulun 60%-nin qeyri-neft sektorunun hesabına formalaşmasından xəbər verir".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...