Oktyabrın 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
AZPROMO-dan AzərTAc-a bildiriblər ki, biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dək Rusiya şirkətinin iştirakı nəzərdə tutulur. Ölkəmizdə fəaliyyət göstərən sahibkarların da forumda iştirakına şərait yaradılacaq.
Forumda iştirak etmək istəyən iş adamlarının qeydiyyatı Bakı Biznes Mərkəzində aparılır. Bununla bağlı zəruri məlumatları 012 5980147/48 (daxili: 129,108 və 119) nömrəli telefonlar və[email protected] elektron ünvanı vasitəsi ilə də çatdırmaq olar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...