PDF Oxu

İqtisadiyyat

  • 23

Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub

Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 47 984 ədəd avtomobil idxal olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 518 avtomobil və ya 36,4% azdır. Ötən ilin avqust ayı ilə müqayisədə isə bu rəqəm 4 708 maşın və ya 10,9% artım deməkdir.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 244 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 43 496 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 946 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 298 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

sia.az

Digər xəbərlər