PDF Oxu

İqtisadiyyat

  • 32

Cari ilin doqquz ayında Tovuzda mal-qaranın baş sayında artım əldə edilib

Cari ilin doqquz ayında Tovuzda mal-qaranın baş sayında artım əldə edilib

Son illər Azərbaycanda kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi Tovuz rayonunda da bu sahənin əhəmiyyətli dərəcədə inkişafına səbəb olub. Bunun nəticəsidir ki, rayonda taxılçılıq, meyvəçiliklə yanaşı, heyvandarlıq da inkişaf etdirilir.

Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildiriblər ki, fərdi təsərrüfat sahibləri və fermerlərin səyi nəticəsində bu ilin 9 ayı ərzində iribuynuzlu mal-qaranın sayı ötən ilə müqayisədə 527 baş artaraq 44 min 601-ə, qoyun və keçilərin sayı isə 1921 baş çoxalaraq 225 min 178-ə çatıb.

AzərTAc

Digər xəbərlər