PDF Oxu

İqtisadiyyat

  • 26

“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neft Daşları" yatağındakı 2150 nömrəli platformadan 2151 nömrəli quyuda qazma işlərinə başlanılıb.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, quyu "Neft Daşları" neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılır. Kompleks qazma işləri tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1720 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

AzərTAc

Digər xəbərlər