PDF Oxu

İqtisadiyyat

  • 37

Heydər Əliyev prospektində yeni yaşayış binalarının inşasına başlanılıb

Heydər Əliyev prospektində yeni yaşayış binalarının inşasına başlanılıb

Paytaxtın Nərimanov rayonu ərazisindəki Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, akademik H.Əliyev küçələrində istismar müddəti başa çatmış yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilib.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, həmin binalarda yaşayan sakinlər üçün hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binalarının tikintisi aparılır.

Qeyd olunub ki, Heydər Əliyev prospektinin yenidən qurulması ilə əlaqədar istismar müddəti başa çatmış daha 8 yaşayış binası sökülüb. Onların yerində isə müasir, milli memarlıq üslubunda, sakinlərin əvvəlki mənzillərinin sahəsindən 30-40 faiz artıq olmaqla tam təmirli, geniş və yaraşıqlı mənzillərdən ibarət dörd 7 mərtəbəli yeni yaşayış binasının inşasına başlanılıb.

AzərTAc

Digər xəbərlər