PDF Oxu

İqtisadiyyat

  • 35

“Günəşli” yatağındakı yeni quyudan sutkada 87 ton neft hasil olunacaq

“Günəşli” yatağındakı yeni quyudan sutkada 87 ton neft hasil olunacaq

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik olan "Günəşli" yatağındakı 8-ci özüldən 141 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildiriblər ki, quyu fasilə lay dəstəsindən, 2954-2940 metr intervaldan qaz-lift üsulu ilə gündəlik 87 ton neft və 8 min kubmetr qaz hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri "28 May" neft və qazçıxarma idarəsi tərəfindən həyata keçirilir.

sia.az

Digər xəbərlər