Azərbaycanda heyvandarlıq məhsullarının istehsalı artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, cari ilin doqquz ayında diri çəkidə 324,9 min ton ət, 1416,3 min ton süd, 1164,2 milyon ədəd yumurta və 16,3 min ton yun istehsal edilib. Ötən ilin eyni dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,6 faiz, yumurta istehsalı 11,6 faiz, yun istehsalı isə 1,5 faiz artıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...