PDF Oxu

İqtisadiyyat

  • 42

Caspian Energy jurnalının növbəti, CEO jurnalının ilk nömrəsi dərc olunub

Caspian Energy jurnalının növbəti, CEO jurnalının ilk nömrəsi dərc olunub

20 oktyabr - Azərbaycanda Energetika Gününə və Cənub Dəhlizinin inkişafına həsr olunmuş Caspian Energy jurnalının xüsusi buraxılışı işıq üzü görüb. SİA-ya verilən məlumata görə, Caspian Energy jurnalının bu sayında Litva Respublikasının baş naziri Alqirdas Butkyaviçin eksklyuziv müsahibəsi dərc olunub.

Jurnalda İran İslam Respublikası xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini və Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpurun müsahibəsi, həmçinin energetik təhlükəsizliyinə, Cənub dəhlizinin inkişafına və Azərbaycanda 20 oktyabrda qeyd olunan Energetika gününə həsr olunmuş müsahibələr və aktual məqalələr yer alıb.

Eyni zamanda Xəzər-Qara dəniz regionunda biznesin inkişaf etdirilməsinə həsr olunmuş CEO jurnalının ilk sayı dərc olunub. CEO jurnalı Caspian Energy jurnalı ilə birgə dünyanın 50 ölkəsində yayılacaq. Jurnalın ilk sayında Xəzər-Qara dəniz ölkələrində maliyyə və tikinti sektorlarının inkişafı aspektləri mövzularına toxunulub. İlk sayda əsas toxunulan mövzu Bakıda keçiriləcək Birinci Avropa oyunlarıdır. Jurnalda Avropa Olimpiya Komitəsinin prezidenti Patk Hikki və Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimovun müsahibələri yer alıb.

Hazırda Caspian Energy jurnalının növbəti sayı çapa hazırlanır. Yeni sayda Avropa Komissiyasının sədri (prezidenti) Joze Manuel Barrozo, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Xəzər-Qara dəniz regionu ölkələrinin energetika və iqtisadi nazirlik və qurumlarının rəhbərlərinin müsahibələri yer alacaq.

Caspian Energy dünyanın 50 ölkəsinə yayılır. 15 il ərzində, jurnalda MDB və AB ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və iri transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı mütəxəssislərin icmal və analitik yazıları dərc olunub.

Caspian Energy jurnalının 2014-cü ildə dərc olunan saylarında Bolqarıstan Respublikasının baş naziri Plamen Oreşarski, İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter, Çexiya Respublikasının prezidenti Miloş Zeman, Xorvatiya prezidenti İvo Yosopoviç, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müsahibələr yer alıb.

Qeyd edək ki, müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının 5 ən yaxşı nəşrlər siyahısına daxil olunub. Eyni zamanda, Caspian Energy Xəzər-Qara dəniz və Baltik regionlarında investorların fəaliyyətinin müəyyən olunmasında bələdçi rolunu oynayır.

sia.az

Digər xəbərlər