"PAŞA Həyat Sığorta" şirkətinin yanvar-sentyabr ayları ərzində əsas maliyyə göstəricilərində yüksək artım müşahidə olunub.
Şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev AzərTAc-a bildirib ki, cari ilin 9 ayında şirkətin ümumi aktivlərinin həcmi 32,301 milyon manat (62,4 faiz) artaraq 84,036 milyon manata, ümumi pul vəsaitləri isə 19,524 milyon manat (41,2 faiz) artaraq 66,880 milyon manata çatıb.
Hesabat dövründə şirkətin sığorta ehtiyatlarının həcmi 22,473 milyon manat (2,4 dəfə) artaraq 39,287 milyon manat, sığorta haqları 7,359 milyon manat (30,3 faiz) artaraq 31,657 milyon manat, sığorta ödənişlərinin həcmi isə 1,585 milyon manat (3,5 dəfə) artaraq 2,225 milyon manat təşkil edib.
İ.Qarayev qeyd edib ki, bu müddət ərzində şirkətin nizamnamə kapitalında da ciddi artım nümayiş olunub. Belə ki, kapitalın həcmi ötən 9 ay ərzində 15,050 milyon manat (59,7 faiz) artaraq 40,250 milyon manat olub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...