Pirallahı qəsəbəsində ümumilikdə 2 hektaradək ərazi tullantılardan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə həmçinin asfalt örtüyü döşənib və yaşıllıq salınıb. Həmçinin, beş mərasim evi tam əsaslı təmir olunub, zəruri avadanlıqla təmin edilərək sakinlərin istifadəsinə verilib.
"Nümunəvi həyət" layihəsi çərçivəsində işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Burada məhəllədaxili yollar asfaltlanır, kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir və istilik sistemi əsaslı yenidən qurulur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...