Qazax rayonunda Bakı Biznes Tədris Mərkəzinin yerli nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, mövcud və yeni ixrac bazarlarına çıxış imkanları mövzularında keçirilən tədbirdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər), kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, Avropa İttifaqına ixrac imkanları və bu sahədə mövcud qanunvericilik və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.Qeyd edək ki, treninqdə həmçinin təqdimatlar keçirilib, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumat verilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...