PDF Oxu

İqtisadiyyat

  • 26

“Petlim” limanı gələn ilin sentyabrında istifadəyə veriləcək

“Petlim” limanı gələn ilin sentyabrında istifadəyə veriləcək

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində reallaşdırdığı layihələrdən olan "Petlim" limanı gələn ilin sentyabrında istifadəyə veriləcək.

AzərTAc xəbər verir ki, bu barədə "SOCAR Türkiyə Enerji A.Ş" şirkətinin baş icraçı direktoru Kənan Yavuz Bakıda keçirilən İkinci "ARDNŞ neft-qaz emalı və neft-kimya kompleksi forumu"dakı çıxışı zamanı məlumat verib.

K.Yavuz bildirib ki, "Petlim" Türkiyənin üçüncü, Egey bölgəsində isə ilk böyük limanıdır. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.

AzərTAc

Digər xəbərlər